Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu Azərbaycan səfirliyinə edilən hücumla bağlı bəyanat yayıb
8 Avqust 2022 10:05 SiyasətQırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu Azərbaycanın Londondakı səfirliyinə edilən hücumla bağlı bəyanat yayıb.
Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu Azərbaycanın Londondakı səfirliyinə edilən hücumla bağlı bəyanat yayıb.
Fondun yaydığı bəyanatda deyilir: "Azərbaycanın Londondakı səfirliyinə avqustun 4 də hücum olub. Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi radikal dini qrup tərəfindən hücuma məruz qalıb. Radikal dini vandalizm qrupunun üzvləri səfirliyin binasına daxil olaraq Azərbaycan bayrağını endirib, binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılaraq saxlanılıb.
Bəyanatda 1961 ci il Diplomatik əlaqələr haqqında Vyana konvensiyasının 22 maddəsinin ikinci bəndindəki "Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir" xatırladılır
Bu hadisə diplomatların və diplomatik binaların təhlükəsizliyinə açıq şəkildə xələl yetirən, Vyana Konvensiyasına zidd vandalizm aktı olduğu vurğulanır.
Dünya mədəniyyətinin mərkəzi hesab edilən Avropanın ortasında Azərbaycan səfirliyinə qarşı edilən bu hücumu, o cümlədən milyonlarla insanın uğrunda canını, qanını fəda etdiyi Azərbaycan bayrağına qarşı törədilən bu xain terroru şiddətlə qınayır, sözügedən hadisənin dərindən araşdırılmasını tələb edirik və həmin radikal qrupu Böyük Britaniyadan xaric olunması tələb olunur.
Qeyd edək ki Böyük Britaniyanın Qırğızıstandakı səfiri Çarlz Edmund Qarrettin adına ünvanlanan bəyanat Qırğızıstanda fəaliyyət göstərən turktoday.info portalında dərc edilib və Səfirliyin elektron ünvanına göndərilib.
Bəyanatı bu linkdən oxumaq olar: http://turktoday.info/az/zayavlenie-fonda-podderzhki-politiki-t-2/