“İki gün əvvəl Prezident İlham Əliyevlə Qarabağda son hadisələrlə bağlı geniş söhbət etmişik”- VİDEO

"İki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağda baş verən son hadisələr ətrafında geniş söhbət etmişik".

Olaylar.az bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan bildirib ki, Qarabağ Azərbaycan suveren ərazisidir.

"Azərbaycan öz ərazilərində hansısa silahlı ünsürlərin olmasını qəbul etmir".

Türkiyə Prezidenti xatırladıb ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan birgə bəyanatdan artıq üç ili tamam olur və Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31