"Azərbaycanın Londondakı səfirliyinə hücumu qəbulolunmaz hesab edirik" - Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Londonda Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə baş vermiş hücumu pisləyib.

Olaylar.az bildirir ki, o, bunu Rusiyadan səfərdən qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycanın Londondakı səfirliyinə hücumu qəbulolunmaz hesab edirik. Bu hadisənin ciddi və ətraflı şəkildə araşdırılaraq təqsirkarların layiqli cəzalarını alacağına ümid edirik", - Türkiyə prezidenti deyib.

Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. London polisi hadisə ilə əlaqədar 8 nəfəri saxlayıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31