"Bunları ancaq dəmir yumruq ağıllandıra bilər"
6 Avqust 2022 14:32 Siyasət"Pərişanyan Zəngəzur dəhlizi, yeni Laçın-Xankəndi yoluyla bağlı çox gülünc açıqlama verib. İnşaatı başa çatmaq üzrə olan yeni Laçın yoluyla bağlı ayrı bir hüquqi status istəyir. Amma bizə deyir ki, adi qaydada Ermənistanın Azərbaycanla olan sərhəd-gömrük məntəqələrindən keçib Naxçıvana gedə bilərik, buna mane yoxdur".
"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Türk-İslam Araşdırmalar Mərkəzinin sədri Telman Nüsrətoğlu deyib ki, bunları ancaq dəmir yumruq ağıllandıra bilər: "Az qaldı. Yaxında Laçın şəhərini də təhvil alacağıq. Hulqumları tamamən əlimizdə olacaq. Yeni yolda da sərhəd- keçid məntəqəmizin qurulması qaçınılmazdır. Xankındindəkilər də ölkəmizdə yaşamaq istəyirlərsə qanunlarımızı qəbul edib, "Azərişıq"dan elektrik, "Azəriqaz"dan qaz alıb yaşamağa davam etsinlər. Ya sev adam kimi yaşa , ya da tərk et! Başqa yolu yox".
Süleyman İsmayılbəyli