“Azərbaycan səfirliyinə hücumdan narahatıq” - FOTO

"Azərbaycanın Londondakı səfirliyinə dünənki hücumdan narahatlıq keçirdim".

Olaylar.az bildirir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndələyinin rəhbəri səfir Peter Mixalko özünün "Twitter" səhifəsində yazıb.

"Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına qarşı zorakılıq yolverilməzdir. Səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin sağ-salamat olmasından şad oldum", - diplomat qeyd edib.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31