Özbəkistan XİN-dən Londondakı səfirliyə hücumla bağlı BƏYANAT
5 Avqust 2022 19:55 SiyasətOlaylar.az bildirir ki, Özbəkistan XİN Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı bəyanat yayıb
Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi 2022-ci il avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə qarşı törədilmiş təxribat xarakterli hücumu qətiyyətlə pisləyir.
Biz diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan hər hansı hərəkəti qətiyyən yolverilməz hesab edirik.
Biz bu hadisənin hərtərəfli araşdırılmasına və bütün əli olanların məsuliyyətə cəlb edilməsinə çağırırıq.
Özbəkistan tərəfi xaricdəki vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində qardaş Azərbaycana dəstəyini ifadə edir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31