Yaralı erməni separatçılar təcili İrəvana aparıldılar

Olaylar.az Oxu.az-a istinadən bildirir ki, "Sputnik" Ermənistan-ın məlumatına görə, ötən gün Qarabağda baş verən toqquşmalarda ağır yaralanan erməni separatçılar İrəvanın mərkəzi klinik hərbi hospitalına yerləşdiriliblər.

Verilən son məlumata görə, ötən gün ordumuzun keçirdiyi "Qisas" əməliyyatı nəticəsində 19 separatçı yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Xəstəxanadan bildirilib ki, yaraqlıların əksəriyyəti qəlpə xəsarəti alıb. Onların bəziləri artıq əməliyyat olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31