Paşinyanın bugünkü bəyanatı yeni müharibə deməkdir
5 Avqust 2022 14:40 SiyasətPaşinyan indicə hökumətin iclasında çıxış etdi. Çıxışında Azərbaycanın Üçtərəfli Bəyanatı pozduğunu, sənəddəki 3 bəndin yerinə yetirilməli olduğunu qeyd etdi: Laçın dəhlizi açıq olmalıdır, Dağlıq Qarabağ ərazi vahidi qəbul edilməlidir, Dağlıq Qarabağla sərhəd xətti tanınmalıdır. Olaylar xəbər verir ki, bunu deyən politoloq Zaur Məmədovun sözlərinə görə,
Paşinyan eyni zamanda qeyd edib ki, Qarabağda Ermənistan silahlı qüvvələri yoxdur, "Dağlıq Qarabağ"ın özünümüdafiə qoşunları var:
"Bu düdük deyəsən özünü təlxəkliyə qoyub və Üçtərəfli Bəyanatda "sülhməramlıların bölgəyə girişi ilə eyni vaxtda bölgəni erməni hərbi birləşmələri tərk etməlidirlər" cümləsini qulaqardına vurur.
Onun bu absurd çıxışı ondan xəbər verir ki, Nikol 2018- 2020 ci illərdə olduğu kimi yeni müharibənin başlanmasını labüd edir. Çünki Ermənistandan 1 avqust tarixinə qədər silahlı birləşmələri çıxarmaq tələb edilmişdi.
Yeri gəlmişkən, Nikol çıxışı zamanı dünən və ondan qabaq ordumuzun lazım olan məntəqələri tutduğuna görə rus sülhməramlılarını ittiham edib. O bildirib li, Ermənistan sülhməramlıların bölgəyə gəlişini hüquqi müstəvidə qəbul edib, ancaq Azərbaycan bilərəkdən onların Qarabağdakı fəaliyyətini leqallaşdırmayıb. Paşinyan deyəsən yenə nələrisə səhv salır. Qarabağ Azərbaycan ərazisi olduğundan sülhməramlıların missiyasının İrəvan tərəfindən qəbul edilməsinin heç bir hüquqi əsası yoxdur.
O ki qaldı onun Zəngəzur dəhlizini açmağa Ermənistan hazırdır bəyanatına. Bu bəyanat indiki halda ciddi deyil. Dünən Müdafia nazirliymiz bir daha əsas tələbin nədən ibarət olduğunu söylədi".