Azərbaycan dövlətinin şəhid ailələrinə, müharibə iştirakçılarına dəstəyi davamlıdır, sistemidir

Emin Həsənli: "Ali Baş Komandan İlham Əliyev hər zaman şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərir"

Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, qazilər, eləcə də digər bu kateqoriyadan olan vətəndaşlarımız hər zaman dövlətin, əsas etibarilə də dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunub. Respublikaya rəhbərlik etdiyi 20 ilə yaxın müddətdə cəmiyyətin bu həssas təbəqəsinə böyük ehtiram və qayğı ilə yanaşan dövlət başçısı onların zaman-zaman üzləşdiyi bu və  digər problemin həlli üçün əlindən gələni əsirgəməyib, lazımı addımlar atıb, sosial layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Ötən 20 ilə yaxın müddət ərzində yuxarıda qeyd etdiyimiz kateqoriyadan olan vətəndaşlarımızın dövlət hesabına mənzillərlə təmin olunması, Qarabağ müharibəsi əlillərinə avtomobillərin verilməsi, müalicəyə ehtiyacı olan şəxslərin istər yerli, istərsə də beynəlxalq səviyyədə dövlət hesabına müalicəyə göndərilməsi və. s sadaladığımız amillər fonunda bunu aydın görmək mümkündür. Bu günlərdə Birinci Qarabağ müharibəsi iştirakçılarının ailələrinə birdəfəlik yardımın verilməsinə başlanılması məhz bui sıraya aid olan hadisələrdəndir. Sözügedən sosial layihəni yüksək dəyərləndirən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib ki, Azərbaycan respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev hər zaman şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərir. Onun sözlərinə görə, ən yaxşı cəhət də ondan ibarətdir ki, istər ikinci  Dünya müharibəsi  iştirakçıları, istər Çernobıl hadisələrinin iştirakçıları, 20 Yanvar şəhidləri, əlilləri, birinci Qarabağ müharibəsi və ikinci Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, əlillərin, veteranların statusu eynidir: "Yəni şəhid ailələri üçün status hər birinə aiddir, əlillər üçün status hər birinə aiddir və müharibə veteranlarına aid olan imtiyaz hər birinə aiddir. Onlar ölkə prezidentinin təqaüdünü alırlar, şəhid ailələri, müharibə əlilləri mənzillə təmin edilirlər, şəhid ailələrinin və müharibə əlillərinin övladları özəl universitetlərə belə qəbul olduqda onların təhsil haqqı  dövlət tərəfindən ödənilir, onların övladlarının asudə vaxtlarının təşkil edilməsi üçün dövlət müxtəlif proqramlar həyata keçirir, məşğulluq proqramlarına xüsusi cəlb olunurlar. Müharibə əlillərinə protezlər  ən müasir texnologiya ilə təmin olunub, onların dünyanın ən müasir ölkələrin xəstəxanalarında müalicə olunması təmin edilir". Emin Həsənli qeyd edib ki,  Azərbaycan dövləti hər zaman bu kateqoriyadan olan ailələrə xüsusi diqqət, qayğı göstərir: "YAŞAT Fondu yaradılıb, ölkə prezidenti bu istiqamətdə  ard-arda fərman və sərəncamlar imzalayır". İctimai Birlik sədri onu da diqqətə çatdırıb ki, 2018-ci ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq yenidən prezident seçilən cənab İlham Əliyevin ilk fərmanı şəhid ailələri ilə bağlı oldu. Belə ki, 91-97-ci ildə şəhid olmuş şəxslərin ailələrinə kompensasiya verildi və birdəfəlik ödəmə təmin edildi. İndi də birinci Qarabağ müharibəsinin iştirakçılarına 91-97-ci illərdə yaralanmış şəxslərə birinci, ikinci, üçüncü qrup üzrə birdəfəlik ödəmə təmin edilir. Bu onu göstərir ki, Azərbaycan dövlətinin şəhid ailələrinə, müharibə iştirakçılarına dəstəyi davamlıdır, sistemidir". Emin Həsənli onu da bildirib ki, hər il Azərbaycan dövləti həm mənzillərin, avtomobillərin verilməsində, həm müalicənin təmin edilməsində, protezlərin verilməsində və onların sanatoriya, kurortlara göndərilməsi, həmin şəxslərin övladlarının yay düşərgələrinə cəlb edilməsi istiqamətində, müalicələrinin təşkili sahələrində sistemli ardıcıl işlər görür: "Əvvəlki illərdə olan borclar da həmin fərmanla bütünlükdə aradan qaldırıldı. Şəhid ailələrinə ödəmələr verilmişdi, əlillərə də verildi". İctimai Birlik sədri diqqətə çatdırıb ki, Azərbaycan dövləti sosial yönümlü dövlətdir: "Xüsusən müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir və son illər aparılan siyasətin nəticəsidə Azərbaycanda çox vətənpərvər bir gənclik yetişir. Bu vətən müharibəsində də özünü sübut etdi. Bu gəncliyin qəhrəmanlıq səlnaməsi bütün xalq üçün örnəkdir. Bayraq, vətən, torpaq qədər şəhidlərimiz, qazilərimiz bizim üçün əzizdir, onlara ehtiram hər bir kəsin borcudur. Silahlı qüvvələrimizə və hərbiçilərimizə hər bir kəs ehtiram etməlidir. Bu ənənələr ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Cənab prezident tərəfindən bu siyasət uğurla davam etdirilir".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31