ABŞ Senatı İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ABŞ Senatında böyük səs çoxluğu ilə qəbul edilib. İki ölkənin NATO-ya üzvlüyü Fransa parlamenti tərəfindən də təsdiqlənib.

Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq İsveç və Finlandiyanın NATO-ya daxil edilməsi məsələsi gündəmə gəlib. NATO-nun üzvlərindən ən güclüsü olan ABŞ hər iki ölkəyə NATO-ya üzvlük yolunda dəstəyini verib.  Senatda Qətnamə 1 əleyhinə 95 səs çoxluğu ilə təsdiqlənib.

Bütün NATO üzvləri öz parlamentlərində İsveç və Finlandiyanın üzvlüyünə razılıq versələr,  hər iki ölkə NATO-ya qoşulacaq.

İki ölkənin NATO-ya üzvlüyünə yalnız Türkiyə maneəçilik yarada bilər. Ötən həftə prezident Rəcəb Tayyib Ərdoğan TRT telekanalına müsahibəsində deyib ki, iki ölkə terrora qarşı mübarizədə öhdəliyini yerinə yetirməsə, Türkiyə parlamenti NATO-ya üzvlüyü təsdiq etməyəcək.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31