Erməni dövlətçiliyi büsbütün iflasa doğru gedir
4 Avqust 2022 10:28 Siyasət"Boylarından böyük hədəflərə köklənən, onun- bunun maşasına çevrilən erməni dövlətçiliyi büsbütün iflasa doğru gedir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Türk İslam Araşdırmalar Mərkəzinin sədri Telman Nüsrətoğlu səsləndirib. O bildirib ki, kinlərindən Türkiyəni, Azərbaycanı, Türk dünyasını geosiyasi güc mərkəzinə çevirən potensial gücü görmək istəmirlər, gündən günə əhəmiyyətini itirən proje dövlətçiklərilə tarixin gedişatına mane olmaq həvəsinə düşüblər: "Bəlkə nə isə oldu xəyalı ilə yaşayırlar. Yoxsa ki ətəklərindəki daşı tökmək , təcili Azərbaycanla sülh müqaviləsi imzalamaq, Zəngəzur dəhlizini açmaq yeganə xilas yoludu onlar üçün. Özləri özlərini tələyə salıblar. Bir neçə gün öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi etiraf edir ki Qarabağda , Azərbaycanın suveren ərazilərində erməni silahlı birləşmələri var və onu sentyabra qədər çıxaracaqlar. İndi də Ermənistan XİN açıqlama verir ki, guya Azərbaycan mülkİ erməni əhalisinə qarşı etnik təmizləmə aparır. Buna kim inanar ki?. Bilirik yalan uydurmaqda, ağlamaqda mahirsiniz, amma ordumuz paylaşdığı görüntülərlə ərazimizdəki qanunsuz silahlı birləşmələri nöqtə əməliyyatlarıyla məhv etdiyini dünyaya nümayiş etdirir. Bir də ki, vicdanı, ağlı olan dünya da bilir ki, etnik təmizləmə siyasətini Ermənistan aparıb. Monoetnik bir ölkəyə çevrilib. Azərbaycan bütün etnik kimliklərə, dinlərə qarşı xoşgörünün məkanıdı". Telman Nüsrətoğlu onu da deyib ki, antiterror əməliyatlarıyla biz həm də o dövlətdə rasional düşüncə sahibi kimsələr varsa onlara da kömək edirik ki, cəsarətlərini toparlayıb uduzduqlarını, apardıqları işğalçı siyasətin, özlərindən qat-qat güclü olan qonşu dövlətin daxili işlərinə burunlarını soxmağın axırının yaxşı qurtarmayacağını erməni xalqına başa salsınlar: "Yoxsa onları tarixi hamiləri Rusiya, Fransa kimi dövlətlər də xilas edə biməyəcək. Dünyada tam ayrı proseslər gedir".