ATƏT-dən Azərbaycana və Ermənistana ÇAĞIRIŞ
3 Avqust 2022 19:12 Siyasət"Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq".
Olaylar.az xəbər verir ki, bunu ATƏT-in Polşa sədrliyi tviterdə açıqlayıb.
"Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq", - açıqlamada qeyd olunub.
Xatırladaq ki, yanvarın 1-dən etibarən Polşa bir illik Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edir.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31