İlham Əliyev dövlət agentliyinə 5,2 milyon manat ayırdı

Prezident İlham Əliyev Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Olaylar.az xəbər verir ki, bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, on doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31