Prezident İlham Əliyev: Fındıq bağlarının sahəsini iki dəfədən çox artırmışıq
3 Avqust 2022 14:14 SiyasətFındıq bağlarının sahəsini iki dəfədən çox artırmışıq.
Olaylar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev "Grand-Agro İnvitro" Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsinin fəaliyyəti ilə tanış olarkən deyib.
Dövlət başçısı bildirib:
"Son vaxtlar fındıqçılıq Azərbaycanda çox inkişaf edir. Fındıq bağlarının sahəsini iki dəfədən çox artırmışıq. Fındıq ixracına görə biz indi dünyada üçüncü yerdəyik. Amma badam istehsalı, əfsuslar olsun ki, Azərbaycanda çox aşağı idi və daxili tələbatı ödəmirdi. Ona görə indi badamçılıqla da ciddi məşğul olmaq lazımdır".
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31