Azərbaycan, Türkiyə və Özbəkistan arasında Daşkənd Bəyannaməsi imzalandı - FOTO
2 Avqust 2022 13:30 SiyasətAzərbaycan, Türkiyə və Özbəkistan arasında Daşkənd Bəyannaməsi imzalanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində yazıb.
"Türk dünyasının rifahını artıracaq, əlaqələrimizi gücləndirəcək Daşkənd Bəyannaməsini imzaladıq",- M.Çavuşoğlu yazıb.
Qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilir. Görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.



trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31