"Dünyadakı hazırki böhran vəziyyəti yeni fürsətlər yaradır"
2 Avqust 2022 13:26 SiyasətAzərbaycan Ermənistan münasibətlərinin normallaşmasını arzu edirik. Olaylar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Cənubi Qafqazda kommunikasiya xətlərinin tez bir zamanda açılması bütün bölgə ölkələrinin xeyirinə olacaq.
"Dünyadakı hazırki böhran vəziyyəti risklərlə yanaşı yeni fürsətlər də yaradır. Buna görə də əlaqələrimizi genişləndirməliyik. Azərbaycan və Özbəkistanla ticarət əlaqələrimizi daha da genişləndirməyi hədəfləyirik", - deyə M.Çavuşoğlu əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31