Hərbi, siyasi və diplomatik təzyiqlərimiz davam edir

Müharibə olmayacaq. Gərginlik həmişə olub, indi də var, sadəcə bu seperatçıların təxribatları səbəbi ilə hazırda maksimuma daha da yaxınlaşır.

"OLAYLAR" xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, 2-3 min erməni silahlısını cəhənnəmə göndərmək Ordumuz üçün çətin vəzifə deyil:

"Amma baş verənlərin əsas məqsədini bilmək vacibdir, bunsuz prosesin dəqiq istiqamətini müəyyən etmək asan deyil".

Ədalət Verdiyev onu da qeyd edib ki, hər şey isə gözlədiyimizdən də yaxşı olacaq:

"Yaxşı işlər asta asta həyata keçirilməkdədir. Hərbi, siyasi və diplomatik təzyiqlərimiz davam edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31