Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verib
1 Avqust 2022 22:06 SiyasətAzərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Moxberə başsağlığı məktubu ünvanlayıb.
Olaylar.az bildirir ki, baş nazir Ə.Əsədov İranda baş vermiş təbii fəlakət nəticəsində böyük insan tələfatı və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirib, faciə ilə əlaqədar M.Moxberə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31