Çavuşoğlu həmkarları ilə danışdı - Hansı məsələlər müzakirə olundu?
1 Avqust 2022 12:10 SiyasətTürkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyanın xarici işlər naziri Nikola Selakoviç və Kosovo xarici işlər naziri Donika Gervalla Şvars ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Telefon danışığı zamanı Çavuşoğlu həmsöhbətlərinə Türkiyənin hər zaman Balkanların sülh və sabitliyinə önəm verdiyini ifadə edərək, bölgədəki yeni gərginliyin heç kimə fayda vermədiyini, sağlam düşüncənin üstünlük təşkil etməli olduğunu və Türkiyənin üzərinə düşəni etməyə hazır olduğunu çatdırıb.
sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31