Prezident İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib
30 İyul 2022 16:43 SiyasətPrezident İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişviliyə başsağlığı məktubu ünvanlayıb.
Olaylar.az bildirir ki, məktubda deyilir:
"Hörmətli xanım Prezident,
Qudauridə sərhəd polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində heyət üzvlərinin və xilasedicilərin həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31