Baydendən XƏBƏRDARLIQ: "İran bölgənin sabitliyini zəiflədir"
29 İyul 2022 12:49 Siyasət"İranın "Hizbullah" qruplaşmasına silah tədarükü regionun sabitliyini təhdid edir".
Amertika Prezidenti Co Bayden Livanla bağlı fövqəladə vəziyyətin müddətini uzatmaqla xəbərdarlıq edib.
Bayden Konqresə göndərdiyi məktubda belə yazıb: "İranın "Hizbullah"a böyük miqdarda qabaqcıl silahları əhatə edən təchizatı kimi fəaliyyətlərini davam etdirməsi Livanın müstəqilliyini zəiflədir və regionda siyasi və iqtisadi qeyri-sabitliyə səbəb olur".
Bayden İranın "Hizbullah"a silah tədarükünü Amerikanın milli və siyasi təhlükəsizliyinə qarşı "qeyri-adi və fövqəladə təhdid" adlandırıb.
sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31