"Regionda uzunmüddətli və hərtərəfli sülhə can atırıq"

ABŞ uzunmüddətli sülhün qurulması prosesində Azərbaycan və Ermənistana dəstəyini davam etdirir.

Olaylar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinq zamanı deyib.

Onun sözlərinə görə, bu məsələdə müəyyən irəliləyiş əldə olunub.

"Hesab edirik ki, bu tendensiyanı Azərbaycan və Ermənistandakı tərəfdaşlarımızla daimi təmaslar və diplomatik danışıqlar sayəsində saxlamaq mümkün olacaq. ABŞ-nin yüksəksəviyyəli nümayəndələri köməyimizi tərəflərə təqdim etmək üçün bütün səviyyələrdə öz həmkarları ilə qarşılıqlı fəaliyyət göstərir. Biz regionda uzunmüddətli və hərtərəfli sülhə can atırıq", - deyə o bildirib.

mənbə: Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31