Çavuşoğludan taxıl dəhlizi açıqlaması: "Bütün sual işarələri götürüldü"

Hər iki ölkənin də narahatlıqları vardı, təhlükəsizlik, dəhliz, silah daşıması və s. ilə bağlıdır.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Biz BMT ilə birlikdə bütün bu narahatlıqları aradan qaldırmaq üçün təkliflər irəli sürmüşük. BMT-nin planı üzərində işləmişik. Siyasi iradə formalaşdıqdan sonra texniki danışıqlara başlanılıb. Burada bəzi fərqlər var idi. Prezidentimiz həm Zelenski, həm də Putinlə yenidən görüşdü. Bütün bu sual işarələri götürüldü. Görüşdən sonra İstanbulda ayrı-ayrılıqda müqavilələr imzalanıb. Axı Rusiyanın ixrac edəcəyi məhsullar var və onun yolu açıqdır. Ukraynanın taxıl və günəbaxan yağı ixracına yol açılır", - Çavuşoğlu bildirib.

sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31