Bu məsələdə Azərbaycan bizim qırmızı xəttimizdir - Türkiyə Prezidenti
26 İyul 2022 14:06 Siyasət"Ermənistanla münasibətləri Azərbaycanla razılaşdıraraq inkişaf etdiririk. Əvvəldən bizim "qırmızı xətt"imiz Azərbaycan idi".
Olaylar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağımızı dedik. Biz Ermənistanla normallaşma prosesində ciddi və qətiyyətliyik. Bizim vətəndaşımız olan və vətəndaş olmağa razı olan ermənilər var", - Ərdoğan qeyd edib.
Ərdoğan Ermənistandan ikitərəfli münasibətlərin normallaşması üçün konkret addımlar gözlədiyini söyləyib.
mənbə: Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31