Polkovnik-leytenanta yeni vəzifə verildi
26 İyul 2022 10:37 SiyasətDaxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Olaylar.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev Ağcabədi Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
O, bundan əvvəl Lənkəran Şəhər Rayon Polis Şöbəsində eyni vəzifədə çalışıb.
mənbə: Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31