Səməd Bəşirli yüksək vəzifəyə təyin edildi - SƏRƏNCAM

İqtisadiyyat nazirinə yeni müavin təyin olunub.

Olaylar.az xəbər verir ki, bu vəzifəyə Səməd Bəşirli təyin olunub. O, bu yaxınlarda işdən çıxarılan Niyazi Səfərovu əvəzləyib.

S.Bəşirli 5 avqust 2020-ci ildən iqtisadiyyat nazirinin müşaviri vəzifəsini icra edirdi.

Qeyd edək ki, daha əvvəl İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdiri vəzifəsində çalışıb.

2012-ci il iyunun 22-də Prezident İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

(İndex.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31