Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşünün iştirakçıları Baykar istehsal müəssisəsində olublar
22 İyul 2022 19:04 SiyasətParlament Sədrlərinin İstanbulda keçirilən İkinci Üçtərəfli Görüşünün iştirakçıları İstanbulda Baykar istehsal müəssisəsinə gəliblər.
Burada Milli Məclisin sədri Sahibə Qafarovaya, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfə və onların başçılıq etdikləri nümayəndə heyətlərinin üzvlərinə Türkiyənin Milli Texnologiya Mərkəzi, Baykar istehsal müəssisəsində hazırlanan məhsullar və aparılan araşdırmalar barədə məlumat verilib.
Sonra qonaqlar Baykar tərəfindən hazırlanmış məhsullarla tanış olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31