Prezident bu qurumun Müşahidə Şurasının yeni tərkibini təsdiqlədi
22 İyul 2022 12:38 Siyasətİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının üzvlərinin sayı artırılıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının üzvlərinin sayı 3 nəfərdən 10 nəfərə çatdırılıb.
Eyni zamanda dövlət başçısının sərəncamı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Azərbaycan Respublikasının Baş naziri
Müşahidə Şurasının üzvləri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru.".