Bu gün Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin görüşü keçiriləcək
22 İyul 2022 10:38 SiyasətBu gün İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndə heyətlərinin növbəti görüşü keçiriləcək.
Görüşdə Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin daşınması sazişinin imzalanması gözlənilir.
Qeyd olunub ki, imzalanma mərasimi İstanbulun Dolmabahçe sarayında keçiriləcək.
Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, BMT Baş katibi Antonio Quttereşin də iştirak edəcəyi nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndə heyətlərinin bundan əvvəlki görüşü iyulun 13-də keçirilib.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31