Rusiya Ukraynada 15 min əsgər itirib – ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns Ukraynaya hərbi müdaxilənin Rusiyanı ciddi zərərə uğratdığını bildirib.

Koloradoda (ABŞ-da stat - red.) keçirilən Aspen Təhlükəsizlik Forumunda danışan Börns, ABŞ kəşfiyyat xidmətlərinin hesablamalarına görə, son 5 ayda Ukraynada təxminən 15 min rus əsgərinin həlak olduğunu bildirib. Börns həmçinin deyib ki, Ukraynada 45 minə yaxın rus əsgəri yaralanıb.

MKİ direktorunun sözlərinə görə, Ukrayna ordusu müharibədə Rusiyadan daha az itki verib. Rusiyanın Ukraynanın şərqindəki Donbasda hərbi fəaliyyətini gücləndirdiyini qeyd edən Uilyam Börns, bunun Rusiya ordusunun müharibədə lazımi dərslər aldığını göstərdiyini bildirib.

Börns hesab edir ki, Rusiya ordusu itkiləri çox olduğundan Ukraynadakı hədəfləri uzaq mənzilli raketlərlə vurur.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31