Putindən qəribə tələb: 78 yaşı tamam olanda...

Vladimir Putin Rusiyada hakimiyyət orqanlarına 2030-cu ilə kimi vətəndaşların orta ömrünü 78 yaşa çatdırmağı tapşırıb.

Prezident Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında çıxışı zamanı bu tapşırığı verib.

Maraqlısı odur ki, 2030-cu ildə Putinin də 78 yaşı tamam olacaq. Hazırda 70 yaşı olan Putin deyib ki, sağlamlıq və həyat standartlarına cavabdeh olan məmurlar bu məqsədə doğru davamlı irəliləyiş etməlidirlər:

"2022-ci ilin ikinci rübündə hazırkı orta ömür uzunluğu 73 yaşdır. Bu, koronavirusdan əvvəlki orta göstəricilərə qayıtmağı əks etdirir. Bütövlükdə bu, yaxşı nəticədir, lakin 2030-cu ilə qədər Rusiyada gözlənilən ömür uzunluğunun 78 yaşa qədər artırılması məqsədinə doğru davamlı şəkildə irəliləmək vacibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31