Putin ağır xəstədir? - ABŞ kəşfiyyatı açıqladı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Rusiya Prezidenti Vladimir Putinin ağır xəstə olması ilə bağlı iddialardan danışıb.

Aspen Təhlükəsizlik Forumunda danışan Börns Ukraynaya müdaxilə səbəbiylə əks reaksiyaların hədəfinə çevrilən Putinin "çox sağlam" olduğunu bildirib.

2005-2008-ci illərdə ABŞ-ın Moskvadakı səfiri vəzifəsində çalışmış Börns deyib: "Bizim bildiyimiz qədər o, tamamilə sağlamdır".

Qeyd edək ki, beynəlxalq mediada Rusiya liderinin xəstə olması haqqında müxtəlif fikirlər səslənirdi. Yer alan xəbərlərdə Putinin xərçəng əməliyyatı olacağı, hətta ömrünün sonuna az vaxt qaldığı ilə bağlı iddialar səslənirdi. Parkinson xəstəliyinə tutulduğu iddia edilən Putinin şişmiş üzü və boynu onun steroid müalicəsi aldığına dair iddialara, Rusiya liderinin sağlamlıq vəziyyəti isə uzun müddətdir ki, spekulyasiyalara səbəb olub.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31