"Heç bir pozuntu qeydə almayıb” - Rusiya Müdafiə Nazirliyi
20 İyul 2022 19:08 SiyasətRusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında olan ərazidə iyulun 19-da heç bir pozuntu qeydə alınmayıb.
Olaylar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, sülhməramlı qüvvələr Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirilməsi davam edir.
"Sülhməramlılar tərəfindən 27 müşahidə postunda gecə-gündüz atəşkəsə nəzarət həyata keçirilir, vəziyyətin monitorinqi aparılır.
Sülhməramlılar Azərbaycan ordusunun dörd maşın karvanının təhlükəsiz yürüşünü təmin edib:
İki karvan -Şuşa-Zabux marşurutu və geriyə:
İki karvan - Şuşa-Zarıslı marşurutu və geriyə:
Mümkün qarşıdurmaların qarşısını almaq üçün Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahları ilə daimi qarşılıqlı əlaqə saxlanılır".
azpost