Suriya Ukrayna ilə diplomatik əlaqələri kəsdi
20 İyul 2022 15:20 SiyasətSuriya Ukrayna ilə diplomatik əlaqələri kəsib.
Olaylar.az xəbər verir ki, bu barədə SANA agentliyi Suriya XİN-dəki mənbəyə istinadən xəbər verib.
Bu addımın qarşılıqlılıq prinsipinə uyğun olaraq atıldığı qeyd edilir.
Xatırladaq ki, Ukrayna hökuməti iyunun sonunda Dəməşqlə münasibətləri dayandırmaq qərarını açıqlayıb. Buna səbəb Suriyanın Donbasın və Luqanskın Rusiya ordusu tərəfindən müvəqqəti işğal olunmuş ərazilərinin "müstəqilliyi"ni tanıması qərarı olub. Kiyevdə bu qərar qeyri-dost hərəkət, dövlətin suverenliyinə və ərazi bütövlüyünə qəsd, Ukrayna qanunvericiliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilib.
Ukrayna tərəfi həmçinin Suriyaya qarşı ticarət embarqosu, habelə Suriyanın hüquqi və fiziki şəxslərinə qarşı digər sanksiyaların tətbiqi prosedurlarına da başlayacağını açıqlayıb.
Bununla belə, Ukrayna Suriya ilə konsulluq əlaqələrini saxlayıb.
Oxu