Narkotik vasitəni çamadanda gizlədərək keçirmək istədi- FOTO-VİDEO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.

Bakı-Doha aviareysi ilə gedən sərnişinlərə məxsus baqajlara rentgen qurğusu vasitəsi ilə gömrük baxışı keçirilərkən, Maldiv Respublikası vətəndaşı Mohamed Naasırın çamadanın alt hissəsində şübhəli təsvirlər müşahidə olunub.

Daha sonra kinoloji xidməti iti vasitəsilə çamadana baxış  keçirilib və it çamadana reaksiya verib. Mohamed Naasır steril zonadan yoxlama otağına dəvət olunaraq ona məxsus çamadana  əsaslı gömrük baxışı keçirilib. Yoxlama zamanı çamadanın alt hissəsinə yapışqanla bərkidilmiş sarı rəngli, yastı formalı sellofan paketin içərisindən gömrük nəzarətindən gizlədilən, açıq qəhvəyi rəngli toz şəklində, xalis çəkisi 3660 qram təşkil edən narkotik vasitə-heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31