"Qoca qitə" Azərbaycana ehtiyac duyur: nə üçün?
19 İyul 2022 12:56 Siyasət"Dövlətimizin dünyada nüfuzunun artmasının, "Qoca qitə" Avropanın, dünyanın ikinci iqtisadi güc mərkəzi olan Avropa İttifaqının düşdüyü çətin vəziyyətində cənab Prezidentimiz İlham Əliyevə, dövlətimizə üz tutmasının səbəblərini Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bəyanatında qısaca belə ifadə etdi. "Qətiyyət göstərərək, Avropa İttifaqını dəstəklədiyinizə görə minnətdarıq. Çünki Rusiyanın Ukraynaya kobud şəkildə müdaxiləsindən hətta əvvəl, Rusiyanın Avropaya qaz təchizatı artıq etibarlı deyildi. Buna görə Avropa İttifaqı Rusiyadan yan keçərək, daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəldi və mən Azərbaycanı onların sırasında hesab etməkdən məmnunam. Həqiqətən siz bizim üçün mühüm enerji tərəfdaşısınız. Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz. İndicə imzaladığımız Anlaşma Memorandumu bizim enerji tərəfdaşlığımızı daha da gücləndirir". "Olaylar"ın məlumatına görə, millət vəkili Musa Qasımlı qeyd edib ki, bu təkcə xanım Prezident Ursula Fon der Lyayenin deyil, 27 dövlətin daxil olduğu Avropa İttifaqının fikridir: "Azərbaycan rəhbərinin həm ölkə daxilində, həm də xaricdə qətiyyəti, etibarlı tərəfdaş olması və etimadı doğrultması millətimizi və dövlətimizi mühüm tərəfdaşa çevirərək bu günlərə gətirib çıxarıb. Unutmayaq ki, bütün təzyiqələrə baxmayaraq, 44 günlük müharibədə qələbə qazanmağımızda da elə Prezidentimizin qətiyyəti, millətin olan etimadı və etibarlılığı mühüm rol oynamışdı. İndi bunu artıq bütün Avropa bir daha etiraf edir".