Hərbçilərin həm xidmət, həm mənzil şəraiti sahəsində böyük işlər görülür

"Bildiyimiz kimi ölkəmizdə Ulu Öndərimiz Heydər Əliyevin dövründən başlayaraq bugünədək əhalinin həssas qruplarına, xüsusilə də Qarabağ  müharibəsi iştirakçılarına, şəhid və qazi ailələrinə, eləcə də hərbi xidmət və ondan sonrakı dövrdə bu kateqoriyadan olan şəxslərə dövlət hər zaman xüsusi həssaslıqla yanaşılıbdır. 2003-cü ildən başlayaraq ölkəmizin iqtisadi gücü artdıqca möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi müvafiq dövlət qurumları tərəfindən əhalinin bu təbəqəsinə  yüksək qayğı göstərilir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə, bu məsələlərə möhtərəm Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyeva tərəfindən daha humanist şəkildə diqqət edilir.  Bu gün də Onların sosial qayğıları, zəruri ehtiyacları, mənzil-məişət şəraitinin yaxşılaşdırlması üçün vacib işlər görülür. Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan bu məsələdə silahlı münaqişə yaşamış dünyanın bir sıra dövlətləri üçün bir örnəkdir. Bugün ölkəmizdə minlərlə şəhid və qazi ailələri yüksək səviyyəli mənzillərlə, eləcə də naqliyyat vasitələri ilə təmin olunubdur. Bölgələrdə bu qrupdan olan insanlara fərdi evlər inşa edilibdir. Milli Məclisdə bu kateqoriyadan olan insanlara onlarla imtiyazın şamil olunması üçün qanunlarda onlarla dəyişiklər qəbul edibdir: "Bir daha vurğulamaq istərdim ki, ölkəmizdə həssas kateqoriyadan olan insanlara dövlət hər zaman özünün diqqət və qayğısını nümayiş etdirib. Məhz bu günlərdə ilin altı ayının yekunlarına həsr edilmiş müşavirədə də dövlətimizin başçısı bu problemi xüsusi vurğulayaraq  hərbçilərin sosial müdafiəsi məsələlərinin dövlətimizin prioritet məsələsi olduğunu bildirdi. Heç kəsə sirr deyil ki,  hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında həqiqi mənada böyük işlər görülür. Bu bir gerçəklikdir ki, Azərbaycanda bu sahədə görülən işlər dünyada nadir hallardan biridir.  Bildiyimiz kimi II Qarabağ müharibəsi iştirakçılarının hər bir ehtiyacı dövlət tərəfindən qarşılanır. Onların mənzil, avtomobil və digər zəruri avadanlıqlarla təminatı həyata keçirilir. Və əlbəttə ki, bu işlər sistemli, ardıcıl və növbəlilik əsasında icra edilir".

Onun bildirdiyinə görə,  möhtərəm Birinci vitse-prezidentimizin tapşırığı ilə artıq davamlı olaraq dördüncü nəsil protezlərin ölkəmizə gətirilir  və döyüşlərdə ağır xəsarətlərlə orqanlarını  itirmiş şəxslər bu vasitələrlə təmin olunur: "Bununla bərabər ağır döyüşlərdə xəsarət almış hərbçilərimizin yenidən aktiv həyata qayıtması üçün ciddi addımlar atılır. Belə ki, müasir protezlər imkan verir ki, yaralanmış hərbçilərimiz yenidən normal həyat tərzinə davam etsin. Bu avadanlıq və cihazlar çox böyük maliyyə tutumu təşkil etsə də  dövlətimiz bu işləri tərəddüdsüz və davamlı olaraq həyata keçirir və bundan sonra da bu proses davam etdiriləcəkdir. Bildiyimiz kimi bugün Qarabağın dirçəlişi və ölkəmizin müdafiə-təhlükəsizlik sisteminin və ən müasir standartlarla yenidən qurulması dövlətimizin qarşısında duran ən ağır, məsuliyyətli və şərəfli məsələlərdən biridir. Lakin buna baxmayaraq  sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunur və olunacaq. Bütün görülən bu işlərə görə dövlətimizin həyata keçirdiyi siyasəti humanist və sosial ədalətli siyasət adlandırmaq yerinə düşər. Qeyd etmək istərdim ki,  ölkəmizdə həm daxili, həm də xarici siyasət sahəsində çox böyük nailiyyətlər əldə olunsa da,  çox təəssüf ki, hələ də ermənipərəst qüvvələrin dəstəyi ilə içimizdə olan bir sıra antimilli qüvvələr öz çirkin fəaliyyətlərini dayandırmayıblar. 5-ci kalonun ünsürləri olan bu qüvvələr hər fürsətdən istifadə edərək ölkəmizin ictimai-siyasi həyatında narahatçılıq yaratmağa çalışırlar. Bu mənada belə anti-milli qüvvələrə qarşı bütün ictimaiyyət, hətta müharibə veterenları və qaziləri də sərt şəkildə öz mövqelərini göstərməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31