Vilayət Eyvazov Elnur Zeynalovu Bakıda yüksək vəzifəyə TƏYİN ETDİ
18 İyul 2022 12:09 SiyasətDaxili İşlər Orqanlarında növbəti təyinat baş tutub.
Olaylar.az bildirir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis mayoru Elnur Zeynalov Səbail Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin sabiq rəisi, polis polkovnik-leytenantı Canəli Nuriyev bir müddət bundan əvvəl tutduğu vəzifəsindən azad olunaraq daha aşağı vəzifəyə, Suraxanı Rayon Polis İdarəsində müstəntiq vəzifəsinə təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31