Azərbaycan hökuməti alternativ enerjinin inkişafı üçün böyük səy göstərir - Hafiz Paşayev

Bu gün Azərbaycan hökuməti son dərəcə əhəmiyyətə malik bərpa olunan enerji sektorunun inkişafı üçün böyük səylər göstərir.

Olaylar.az  bildirir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev 16-cı Bakı Yay Enerji Məktəbinin açılışında deyib.

Rektor qeyd edib ki, bu məktəb 2007-ci ildə yaradılıb və hər il keçirilir.

"Bakı Yay Enerji Məktəbi xarici iştirakçılara Azərbaycanın enerji siyasəti ilə tanış olmaq imkanı verir", - Hafiz Paşayev bildirib.

Qeyd edək ki, 16-cı Bakı Yay Enerji Məktəbi ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun dəstəyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), bp Azerbaijan, Kolin, Masdar və "TotalEnergies" şirkətlərinin tərəfdaşlığı ilə keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31