Rusiya “Kalibr” raketlərinin buraxılış səbəblərini AÇIQLADI
15 İyul 2022 16:33 SiyasətRusiya Müdafiə Nazirliyi Ukraynaya xarici silah tədarükçülərinin nümayəndələrinin məhv edildiyini açıqlayıb.
İyulun 14-də Rusiya hərbçiləri "Kalibr" raketləri ilə Ukraynanın Vinnitsa şəhərində zabitlər qarnizonunun binasını vurub. Rusiya tərəfi iddia edir ki, hücum nəticəsində Ukrayna Silahlı Qüvvələrinə xarici silah tədarükçülərinin nümayəndələri məhv edilib.
Bu Rusiya Müdafiə Nazirliyində jurnalistlərə məlumat verilib.
Xatırladaq ki, bundan əvvəl Rusiya hərbi idarəsi "Kalibr" raketlərinin buraxılışını əks etdirən kadrlar nümayiş etdirmişdi.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31