“Həyat yoldaşım xəstədir, istefa verirəm...” – Belçika XİN rəhbəri
15 İyul 2022 16:45 SiyasətBelçika Baş nazirinin müavini və Xarici İşlər Naziri Sofi Vilmes istefa verib.
Buna səbəb həyat yoldaşının xəstəliyi olub. Belə ki, nazirin həyat yoldaşı Kristofer Stouna aprel ayında aqressiv beyin şişi diaqnozu qoyulub. Müvəqqəti istefa verdiyini deyən Vilmes nəhayət, son qərarını ictimaiyyətə açıqlayıb.
"Həyat yoldaşımın xəstəliyi çətin mübarizə tələb edir. Bu prosesdə ona və övladlarıma dəstək olmaq istəyirəm, amma hökumətdəki vəzifələrim buna imkan vermir".
Belçikanın Baş naziri Aleksander De Croo, xarici işlər nazirini itirdiyinə görə təəssüflənsə də, Vilmesin seçiminə heyranlığını ifadə edib.
"Kristoferlə mübarizənizdə arxanızdayıq", deyə De Croo "Twitter" hesabındakı paylaşımı ilə ona dəstək olub. Qeyd edilib ki, Liberal İslahat Hərəkatı Partiyasından olan Vilmes seçkilərə qədər parlament üzvü olaraq qalacaq.
Xatırladaq ki, 47 yaşlı Sofi Vilmes daha əvvəl Belçikanın ilk qadın baş naziri olub.
sfera