Əli Əsədov İrakli Şotadze ilə görüşdü
15 İyul 2022 13:00 SiyasətAzərbaycanın Baş naziri Əli Əsədov iyulun 15-də Gürcüstanın Baş prokuroru İrakli Şotadze ilə görüşüb.
Bu barədə Olaylar.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.
İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Həmçinin Azərbaycan-Gürcüstan əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olundu.
Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31