Azərbaycanın bərpa olunan enerji sektorunda böyük potensialı var - Latviyanın sabiq prezidenti

Azərbaycanın bərpa olunan enerji sektorunda böyük potensialı var.

Bunu Trend-ə özəl açıqlamasında Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib.

O qeyd edib ki, Azərbaycan bərpa olunan enerji potensialını daha da inkişaf etdirməyə hazırdır.

"Ölkə bundan həqiqətən də faydalana bilər. Azərbaycanın külək və günəş enerjisindən istifadə etmək üçün böyük potensialı var", - deyə sabiq prezident bildirib.

Qarabağ bölgəsindən bəhs edən V.Zatlers, bu bölgənin günəş enerjisinin inkişafı üçün böyük potensiala malik olduğunun qeyd edib.

"Bu gün dünyada Qarabağda "yaşıl" zonanın yaradılması ideyasını həyata keçirmək üçün çoxlu innovativ ideyalar mövcuddur. Bunun üçün Azərbaycanın kifayət qədər resursları var", - deyə V.Zatlers əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31