Rusiya XİN: “Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını daim dəstəkləyirik”

"Rəsmi Moskva Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını daim dəstəkləyir".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

O, Rusiya tərəfinin rəsmi Ankara və İrəvan arasında münasibətlərin nomallaşdırılmasına dəstək verdiyini vurğulayıb: "Biz əlimizdən gələn köməyi göstərməklə Ermənistan-Türkiyə dialoqunu bundan sonra da dəstəkləməyə hazırıq. Bu, regionun iqtisadi inkişafı baxımından əhəmiyyətlidir".

azerbaycan24

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31