Dünyanı yaxın aylarda cəhənnəm gözləyir - Serbiya prezidenti

Əgər dünya liderləri Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı təkliflərinə qulaq asıb qəbul etməsə, dünyada cəhənnəm başlayacaq.

Bu sözləri Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.

"Mən bilirəm bizi nə gözləyir. Putin Seversk, Baxmuti, Soledarda işlərini bitirən kimi, ikinci xətdə Slavyansk, Kramotorsk, Avdeyevka olacaq.

Əgər digər liderlər onun şərtlərini qəbul etməsə, belə görünür ki, onlar buna doğru gedir. Biz hamımız cəhənnəmə vasil olacağıq.

Hazırda Qərb Ukrayna əli ilə Rusiya ilə döyüşür. Hazırkı müharibə demək olar dünya müharibəsidir", - deyə Vuçiç bildirib.

Lakin o, Putinin hansı təkliflərə cavab istədiyini konkret olaraq deməyib.

BakuPost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31