"Ermənistanın planları həmişə olduğu kimi puç olacaq” - POLİTOLOQ DANIŞDI
14 İyul 2022 14:45 Siyasət"Erməni təxribatlarının davamlı xarakter daşıması ondan xəbər verir ki, Ermənistana hələ də xarici qüvvələr tərəfindən təzyiqlər göstərilmir. Avropa İttifaqı rəsmiləri tez-tez regiona səfər edirlər". Bu fikirləri politoloq İlqar Vəlizadə bildirib.
Onun sözlərinə görə, eyni zamanda Brüsseldə görüşlər təşkil edirlər: "Digər tərəfdən Moskva da bu münasibətlərin yaxşılaşmasına vasitəçilik etmək istəyir. Ancaq təəssüflər olsun ki, həm keçmiş dövrlərdə, həm də indiki dövrdə Ermənistana heç kəs təzyiq göstərmir ki, bu siyasətdən əl çəksin. Ermənistan sülh gündəmini qəbul etməlidir. Ermənistan bunlara əməl etməməklə yanaşı təxribatlar da törədir. Ermənistan tərəfinin məqsədi bəllidir. Onlar gedən danışıqları mürəkkəbləşdirmək, müəyyən dividentlər qazanmaq və Azərbaycanı hər hansı bir güzəştlərə sövq etmək istəyirlər. Amma düşünmürəm ki, ermənilər bu məqsədlərinə çatmayacaqlar. Çünki Azərbaycanın güclü iradəsi var. Azərbaycan öz məntiqi ilə siyasi prosesləri davam etdirir. Düşünürəm ki, bütün hallarda Ermənistanın planları həmişə olduğu kimi puç olacaq".
sia.az