Rusiya Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirib: Ölənlər var
14 İyul 2022 14:34 SiyasətRusiya hərbi qüvvələri Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirib.
Olaylar.az Azpost.info-ya istinadən xəbər verir ki, "UNIAN"-ın məlumatına görə, Vinnitsada bir neçə partlayış səsi eşidilib.
Partlayışlarla bağlı rəsmi məlumat Vinnitsa Şəhər Şurasının "Telegram" kanalında da yer alıb.
"Vinnitsada partlayış səsləri eşidilib. Gizləndiyiniz yerdən çıxmayın. Foto və videoları yaymayın", - səlahiyyətlilər yazıb.
Vinnitsa regional administrasiyasının rəhbəri Sergey Borzov ölən və yaralıların olduğunu bildirib. "Rəqəmlər dəqiqləşdirilir. Şəhərə dörd raket atılıb", - o deyib.
İlkin məlumata görə, 6 nəfər yaralanıb, 2 nəfər ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31