Türkiyə səfiri Polad Həşimovla bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovla bağlı paylaşım edib.

Səfir bu barədə "Tvitter"də bildirib.

"Qarabağ Zəfərinin fitilini alovlandıran qəhrəman komandir Polad Həşimovun şəhid olmasının ildönümündə xatirəsini rəhmətlə anırıq. Səmayə anaya, qardaşı, bacısı, həyat yoldaşı, övladları, silah yoldaşları, qəhrəman Azərbaycan Ordusuna və xalqına başsağlığı veririk, cansağlığı arzulayırıq", - diplomat qeyd edib

APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31