Qazaxıstan prezidenti Rusiya bazarını tərk edən şirkətlərin ölkədə yerləşdirilməsi ilə bağlı tapşırıq verib
14 İyul 2022 12:12 SiyasətQazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya bazarını tərk edən şirkətlərin ölkədə yerləşdirilməsi üçün əlverişli şəraitin yaradılması barədə tapşırıq verib.
O, bu barədə hökumətin iclası zamanı deyib.
"Biz investisiya kapitalı uğrunda qlobal mübarizənin şahidi oluruq. Rusiyada fəaliyyəti göstərən 1,4 minə yaxın şirkətdən demək olar ki, hər ikinci şirkət bazarı tamamilə və ya qismən tərk edib. Hökumət bu şirkətlərin Qazaxıstanda yerləşdirilməsi üçün əlverişli şərait yaratmalıdır", - deyə K.Tokayev bildirib.
O vurğulayıb ki, bu addım Qazaxıstana məhsul istehsalının genişləndirilməsi üçün imkanlar yaradacaq.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31