Ukrayna sülh naminə torpaqlarından imtina etməyəcək - Nazir
13 İyul 2022 16:07 SiyasətUkraynanın xarici işlər naziri Dmitri Kuleba sülh sazişinin bağlanması naminə Rusiyaya ərazi güzəştlərinin mümkünlüyünü istisna edib.
Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı "Reuters" Agentliyi yayıb.
Nazir bildirib ki, Kiyevin məqsədi Ukraynanın şərqində və cənubunda əraziləri azad etmək, ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməkdir. O, həmçinin qeyd edib ki, Rusiyanın mövqeyi və davam edən təcavüzü səbəbindən Moskva ilə Kiyev arasında sülh danışıqları aparılmır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31